ANCA ciddi problemlərlə üzləşib



Amerika Erməniləri Milli Komitəsi (ANCA) ciddi problemlərlə üzləşib. Ən böyük erməni lobbi təşkilatı beynəlxalq nüfuzunu və tərəfdaşlarını itirir. Sponsorlar, Amerika və Avropadakı tərəfdaşlar "ANCA"dan üz döndərir.
Bu uğursuzluğun səbəbi Azərbaycanın artan beynəlxalq nüfuzudur.
Prezident İlham Əliyevin uğurlu rəhbərlik amili Azərbaycanı Ermənistan və Qarabağ separatçıları ilə müharibədə qələbəyə gətirib çıxardı, Azərbaycana xarici siyasətdə bu nailiyyətləri möhkəmləndirməyə imkan verdi.
Bu uğurlar "ANCA"ya ciddi zərbə vurdu. Əvvəlki təsir imkanları artıq yoxdur, çoxsaylı təşkilatlardan və tərəfdaşlardan pul axını da yox olur. "ANCA"ya qalan sadəcə sosial şəbəkələrdə absurd şəkillər yaymaqdır.
Bizi izləyin