Rusiyada 17 il əvvəl qətl törətməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb



Rusiyanın Ryazan şəhərində 17 il əvvəl qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
44 yaşlı saxlanılan şəxsin əslən Azərbaycandan olduğu, 2021-ci ildə Rusiya vətəndaşlığı əldə etdiyi qeyd olunub.
Təqsirləndirilən şəxs Sankt-Peterburq şəhərinə aparılıb, ona qarşı cinayət işi açılıb.
Qeyd edək ki, 2 yanvar 2006-cı ildə Vıborqda yerləşən yanacaqdoldurma məntəqəsində "VAZ-21072" markalı avtomobildə 31 yaşlı kişinin meyiti tapılıb. Şəxsin ürək nahiyəsindən bıçaqlandığı bildirilib.

Bizi izləyin