Bakıda birmərtəbəli ev yanıb, 1 nəfər xəsarət alıb
- 20.12.2023, 10:13,
- Gündəm / Hadisə

Bakı şəhərinin Xəzər rayonunda birmərtəbəli evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda ümumi sahəsi 28 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Facebook
Вконтакте
Одноклассники
Google+