Bakıda 80 min manatlıq OĞURLUQ - Bir nəfər işi deyil...
- 16.11.2023, 11:01,
- Gündəm / Hadisə

Bakının Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80 000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Facebook
Вконтакте
Одноклассники
Google+