46 yaşlı kişi qum karxanasında bədbəxt hadisə nəticəsində ölüb



Sabunçuda 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, martın 26-da Sabunçu rayonu, Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizi izləyin