85 yaşlı kişi maşınla adam vuraraq öldürüb



Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lənkəran rayonunun Şağlaser kənd sakini 1939-cu il təvəllüdlü Əskərov Sayadulla Yadulla oğlu idarə etdiyi “Mercedes Benz 190” markalı avtomobil ilə Lənkəran-Boradigah avtomobil yolunun 3-cü kilometrliyində piyada 1959-cu il təvəllüdlü Paşayev Firdosi Mansur oğlunu vurub.
Nəticədə F.Paşayev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bizi izləyin