
Rusiya peyklərə qarşı silahlar hazırlayır.
Bunu Ağ Evin sözçüsü Con Kirbi bildirib.
“Təhlükənin mahiyyəti haqqında dəqiq deyə biləcəyim informasiya məhdud olsa da, bunun Rusiyanın inkişaf etdirdiyi anti-peyk imkanları ilə əlaqəli olduğunu təsdiq edə bilərəm", - Kirbi vurğulayıb.
Onun sözlərinə görə, bunlar hələ işlək texnologiyalar deyil və istifadəyə verilməyib.