
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin Donetsk vilayətinin Kramatorsk şəhərinin dəmiryol vağzalına “Toçka-U” raketi ilə zərbə endirdiyini bildirib.
AZİNFORM.AZ xəbər verir ki, Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko bildirib ki, raketlər düşən zaman stansiyada minlərlə insan olub.
Rusiya qüvvələrinin Donetsk vilayətinin Kramatorsk şəhərinin qatar stansiyasına raket hücumu nəticəsində təxliyə gözləyən 4-ü uşaq olmaqla 39 mülki şəxsin həlak olduğunu, 100-dən çox mülki vətəndaşın isə yaralandığını bildirib.
Donetsk qubernatoru Pavel Kirilenko stansiyanın kaset sursatları olan “İskəndər” raketi ilə vurulduğunu açıqlayıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 44 gündür ki davam edir.