Bankda növbə gözləməkdən yoruldu, polisə zəng edib "BOMBA VAR" dedi



Türkiyədə bir nəfər bankda növbə gözləməmək üçün polisə zəng edərək, yalandan bankda bomba olduğunu bildirib.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Xəbərdarlıqdan sonra hadisə yerinə gələn minaaxtaran və polislər bankda axtarış aparsalar da, şübhəli heç nə tapmayıblar. Kişi daha sonra növbə gözləməkdən qəzəbləndiyi üçün polisə zəng edərək, "bomba xəbərdarlığı" etdiyini boynuna alıb.
Bizi izləyin