
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək.
Bu barədə Türkiyə KİV-inə istinadən xəbər verilir.
Məlumata görə, bu ilin ilk hökumət iclasında Türkiyənin terrorla mübarizə əməliyyatları, o cümlədən İsrail-HƏMAS müharibəsi, Türkiyənin Qəzza zolağında atəşkəsin əldə edilməsi üçün göstərdiyi diplomatik təşəbbüslər və Qırmızı dənizdəki gərginlik müzakirə olunacaq.