İsrail Qəzzadan girovların azad edilməsinin başlanğıc tarixini açıqlayıb

Qəzza zolağında saxlanılan girovların bəzilərinin azad edilməsi prosesi noyabrın 24-dən gec olmayaraq başlayacaq.
Bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi deyib.
"Girovlarımızın azad edilməsi ilə bağlı təmaslar davam edir. [Girovların] azad edilməsi tərəflər arasında ilkin razılaşmaya uyğun olaraq və cümə günündən gec olmayaraq başlayacaq", - deyə o bildirib.
Bundan əvvəl İsrail hökuməti Qəzza zolağından ən azı 50 girovun dörd gün ərzində geri qaytarılması planını təsdiqləyib və bu müddət ərzində anklavda atəşkəs elan edilib.
Facebook
Вконтакте
Одноклассники
Google+