
BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında xəstəxanalarda insanların həlak olmasından narahatlığını bildirib və dərhal atəşkəs elan etməyə çağırıb.
Bu barədə BMT-nin baş katibi rəsmi nümayəndəsi Stefan Dyujarrik brifinqdə deyib.
"Baş katib Qəzzada bir sıra xəstəxanalardakı dəhşətli vəziyyətdən və insanların həlak olmasından narahatdır. O, dərhal atəşkəs elan etməyə çağırıb",- Dyujarrik deyib.
Qeyd edək ki, bir qədər əvvəl Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağında hücumlar nəticəsində 35 xəstəxanadan azı 22-nin fəaliyyətini dayandırdığını qeyd edib.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.