
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2-3 noyabr tarixlərində Qazaxıstanda səfərdə olacaq.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Ərdoğan səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının “Türk Dövrü” şüarı altında keçiriləcək X sammitində iştirak edəcək.
Toplantı zamanı liderlər təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri müzakirə edəcək, cari, qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.