ABŞ-da atışma baş verib, ölən var



ABŞ-nin paytaxtı Vaşinqtonda açılmış atəş nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
Bu barədə hüquq-mühafizə orqanları bildirib.
İstirahət mərkəzinin yaxınlığında baş verən insidentlə bağlı məlumat yerli vaxtla saat 03:00 radələrində daxil olub.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizi izləyin