"Təhsilə tərs dönüş"Müqəddəs kitabımız Qurani-Kərimin ilk nidası "OXU" ilə başlayır. Digər bir dəyərli kəlamda isə: - " Alimin bir damla mürəkkəbi şəhidin qanından daha dəyərlidir". Yazımıza müqəddəs dəyərlərimizə baslamamız heç də təsadüfü deyil. Hacıqabul rayonu Muğan qəsəbəsinin bir qurup sakinlərinin şikayət ərizəsi əsasında yol aldıq "yanğın yerinə". Əslində bizdən öncə kəndin sakinlərini dəfələrlə aidiyyati orqanlara müraciət etmişlər. Nə yazıq ki, sakinlərin dərdlərini dinləməyə "qiymətli vaxt"larını ziyan etməyib, başdan ediblər. Bəhs etdiyimiz aidiyyəti orqanların sırasında ilk olaraq Hacıqabul Regional Təhsil İdarəsi, Hacıqabul Rayon İcra hakimiyyəti, Azərbaycan Respublikası Təhsil naziri on sıralarda yer alırlar. Səhid Vüqar Məmmədovun adını daşıyan Muğan qəsəbə tam orta məktəbi uzun illərdir taleyin ümidinə buraxılıb. Sanki adını daşıdığı şəhid kimi məktəb özü də "şəhiddir". Artıq altı ildən artıqdır ki, məktəbdə direktor vəzifəsini icra edən Cəfərov Kamil Qaçay oğlu "gün bu gündür" ideologiyası ilə idarəçilik yönəldir. Məktəbin qopub tökülən divar və tavan suvaqları hər an təhlükənin "mən gəlirəm" nidasını "bağırır" Belə bir şəraitdə təhsil almağa çalışan şagirdlərin sağlamlığında yarana biləcək hər hansı təhlükə və ya narahatlıq üçün kiçik bir tibbi yardım ediləcək ilkin mudaxilə yoxdur. Ölkə başçısının idmana verdiyi yüksək dəyərin nəticəsidir ki, hər bir rayonda möhtəşəm idman kompleksləri tikilərək sakinlərin ixtiyarına verilib. Uzaqgörən siyasətin nəticəsidir ki, bu gün dünya idman arenalarında idmançılarımız bayrağımızı ucaldıb, himnimizi səsləndirib, düşmənlərimizə göz dağı verirlər. Belə uğurların təməlində isə ilk olaraq məktəbin roluəsas göstəricidir. Lakin bəhs etdiyimiz Muğan qəsəbəsində təhsil alan şagirdlərin belə bir şansları yoxdur. Daha doğrusu bu fürsətləri əllərindən alınıb. Məktəbdə yüksək əmək haqqı ilə məvacib təyin edilmiş bədən tərbiyyəsi fənləri sözün həqiqi mənasında iflic vəziyyətdədir. Bədən tərbiyyəsi fənninin olmazsa-olmazı hesab edilən stadion, idman avadanlıqları, soyunub-geyinmə otaqları yoxdur və ya yox vəziyyətdədir. Məlum, hər bir məktəbdə mövcudluğu zəruri olan məktəb yeməkxanası yerli-dibli qeybə çəkilib. Yerində isə uculub-tokülmüş inşaat zibilliyinin atdıqları qalaqlanıb. Əgər məktəbdə bir müəllim və ya şagird baygılıq keçirirsə, halı dəyişərsə boğazına damızdiracaq bir damla su yoxdur. Bəhs etdiyimiz bunca eybəcərliklərə biganə yanaşan direktor əvəzi Kamil Cəfərov sanki başqa bir məktəb barədə fikir yürüdürmüs kimi soyuq, biganə tərzini sərcləməkdən belə çəkinmədi. Məktəbin acınacaqlı halı barədə danışmağa çalışan sakinlər təhdidlərlə susdurulub. Yuxarıda qeyd etdiyimiz kimi Kamil Cəfərov altı ildir direktor səlahiyyətlərini icra edir. Nəzərə alsaq ki, bu zaman içərisində bir neçə nazir dəyişib, bəs nədən məktəbin taleyi dəyişməyib? Kamil Cəfərovun özəlliyi nədir ki, "nə əldən qoyulur, nə də yardan doyulur". Hal belə olunca bizim deyəcək tək sözümüz qalır. Adı əbədiləşdirilmiş şəhidə, gələcəyimiz olan övladlarımıza, müqəddəs elmə dəyər verməməyinizi anlaya bilirik, bəs vaz keçə bilmədiyiniz Kamil Cəfərov belə bir şəraitdə "fədakarlıq etnəyinə" necə göz yuma bilirsiniz? Sualımızın cavabını biz tapa bilmirik. Buraxaq ictimaiyyət cavab axtarsın. Azərbaycan Online TV.