Ukraynadan gətirilən 60 sosial həssas uşağa xidmət göstərilib
- 25.01.2024, 12:23,
- Sosial

"Həssas əhali qruplarından olan şəxslərin asudə vaxtının davamlı təşkili məqsədilə təşəbbüslərin həyata keçirilməsi” layihəsi çərçivəsində Ukraynadakı münaqişə bölgəsindən ölkəmizə gətirilən 60 sosial həssas uşağa xidmət göstərilib.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında çıxışı zamanı deyib.
“Agentliyin fəaliyyət istiqamətinə uyğun mövzular üzrə sosial xidmətə ehtiyacı olan şəxslərin digər şəxslərlə bərabər cəmiyyətin həyatında müstəqil iştirak etməsinə imkan yaradılması üçün 34 qeyri-hökumət təşkilatı və 3 fiziki şəxslə sosial layihələr reallaşdırılıb.
Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzləri xidmətinin göstərilməsi” layihəsi üzrə 21 şəhər və rayon üzrə 630 nəfər uşağa sosial xidmət göstərilib”, - deyə V.Behbudov bildirib.
Facebook
Вконтакте
Одноклассники
Google+