
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) Beynəlxalq Məlumat Korporasiyasının (IDC) “
The IDC Future Enterprise Awards” müsabiqəsində “Güvənli gələcəyin ən yaxşısı”
kateqoriyası üzrə qalib seçilib.
Münsiflər heyəti ƏMAS barədə təqdim olunmuş məlumatları təhlil edərək bu e-sistemi rəqəmsal etibarlılıqda ən yüksək standartlara cavab verən sistem kimi qiymətləndirib. ƏMAS-ın hökumət və vətəndaş cəmiyyəti institutları, özəl sektor və vətəndaşlar üçün uğurlu bir layihə olduğu xüsusi vurğulanıb.
“
The IDC Future Enterprise Awards” müsabiqəsi rəqəmsal strategiyalar üzrə ən yaxşı təcrübələri bölüşmək, davamlı rəqəmsal həllərin tapılmasına yardımçı olmaq, güvənli e-layihələri önə çıxarmaq məqsədi daşıyır.
Müsabiqəyə İsveç, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsveçrə və Türkiyə də daxil olmaqla bir çox ölkələrdən 600-dən çox layihə təqdim edilib, onlardan 19-u, o cümlədən ƏMAS qaliblər siyahısında yer alıb.
Xatırladaq ki, 2022-ci ildə istifadəyə verilmiş “Əmək və Məşğulluq” altsistemi ötən il BMT-nin “Cənub-Cənub” əməkdaşlığı platformasında uğurlu innovativ həllərdən biri kimi təqdim edilib.
Beynəlxalq Telekommunikasiya İttifaqının “Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti Forumu - 2023”-də isə ƏMAS “Çempion layihə” seçilib.