
Ağdama və sonra da Xankəndi istiqamətində dəmiryol xəttinin çəkilməsi planlaşdırılır.
Bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, Şuşa istiqamətində də layihələndirmə işləri gedir.
“Amma tikinti işlərinə nə zaman başlanılacağını deyə bilmərəm. Nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq” – deyə, o bildirib.