
Bədii gimnastika üzrə “Ocaq” Beynəlxalq Kuboku bizdə çox müsbət təəssürat yaratdı və həmişəlik yaddaşlarda qalacaq.
Bu barədə yarışın medalçıları, Küveytdən olan gimnastlar Nəbilə Əl-Karafi və Rayah Əl-Qassar
Nəbilə Əl-Karafi "Ocaq" Beynəlxalq Kubokunda üç gümüş medal qazanıb - 2013-cü il təvəllüdlü gimnastlar arasında çoxnövçülükdə, alətsiz hərəkətlər və gürzlərlə hərəkətlər proqramda (B qrupu), Rayah Əl-Qassar isə 2013-cü il təvəllüdlü idmançılar arasında halqa ilə məşqdə (A qrupu) bürünc medal sahib olub.
"Beynəlxalq yarışlarda yaxşı nəticələr göstərmək çox xoşdur. Hər bir turnir bizim üçün yeni mərhələ və yeni təcrübədir. Bakıda hər şey əla keçdi, "Ocaq" Beynəlxalq Kubokunda qazanılan uğurdan ruhlanaraq, İtaliyada keçiriləcək növbəti yarışlarda da yaxşı çıxış etməyə çalışacağıq", - deyə gənc gimnast Nəbilə Əl-Karafi bildirib.