
Xəbər verdiyimiz kimi, Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bəs, 21 il Prezidentin mətbuat katibi vəzifəsində çalışan Azər Qasımov kimdir?
AZXEBER.COM vəzifəsindən azad edilən Azər Qasımovun dosyesini təqdim edir:
Azər Qasımov 22 iyun 1966-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universiteti (Çin) bitirib.