Ağ Ev Ukraynanı tənqidləri yumşaltmağa çağırdı

  • 20.02.2025, 14:00,
  • ---

Ağ Ev Ukraynanı tənqidləri yumşaltmağa və ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən minerallar sazişini tez bir zamanda imzalamağa çağırıb.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Fox news-a müsahibəsində deyib.

"Ukraynadakı vəziyyətlə bağlı administrasiyadan çox məyusluq var. Biz Ukraynaya inanılmaz tarixi investisiyalar və iqtisadi imkanlar təqdim etmişik”, - o qeyd edib.

Trampın müşaviri Ukraynanın tənqidləri azaltmalı olduğunu bildirib: "Tənqidləri azaldın. Mineral sövdələşməni ciddi şəkildə nəzərdən keçirin və onu imzalayın. ABŞ və Ukrayna fikir ayrılıqlarını həll edə bilər".

Vals Ukraynanın ABŞ-ın işlərinə qarışmasının qəbuledilməz olduğunu da vurğulayıb.
 
///Apa
Bizi izləyin