Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Camal Nizami oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olmuşdur.
Bu barədə "Report”a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də digər hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.
Allah hərbçimizə rəhmət eləsin.
PAYLAŞ
ƏN SON XƏBƏRLƏR
İDMAN21:51
"Qarabağ" FCSB komandası ilə oyunda hesabı açıb
SOSİAL21:49
Azərbaycan Ordusunun hərbçisi faciəvi şəkildə öldü
İDMAN21:44
"Qarabağ" və FCSB komandalarının start heyətləri açıqlanıb
DÜNYA21:33
Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb
MAQAZİN21:32
Nərmin ad gününə özəl fotosessiya etdi - FOTOLAR
SİYASƏT21:16
Bunlar da artıq dövlət sirridir - Prezidentdən fərman
DÜNYA20:58
Türkiyə 27 iranlı məhbusu ölkəsinə qaytarıb
DÜNYA20:50
Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
DÜNYA20:38
Finlandiya Prezidenti: Ukrayna Rusiya ilə sülh danışıqlarına güc mövqeyindən başlamalıdır
DÜNYA20:25
Aİ XİN rəhbərləri Rusiyaya qarşı sanksiyaların uzadılmasını müzakirə edəcəklər
DAHA ÇOX
Copyright 2010-2022. “Azxəbər” İnformasiya Agentliyi. Müəllif Hüquqları Qorunur.
Created by