OAZİS SU” şirkətinin fəaliyyəti şübhələrə yollar açır

Yay fəslinin gəlməsi və havaların isti keçməsi səbəbindən paytaxt sakinləri ilə bərabər, bir çox şəhər və rayonlarda yaşayan sakinlərin içməli suya olan ehtiyacları daha da artırıb. Belə bir səbəblər üzündən də, içməli su sektorunda çalışan bəzi işbazlar bu gün də müəyyən fırıldaq əməllərinə, heç bir normaya sığmayan qanunsuzluqlara qol qoymaqla hər cür hoqqalardan çıxırılar. Məsələn, ölkə əhalisinin içməli su ilə təmin olunmasında xüsusi rol oynayan özəl qurumlardan biri də, “OAZİS SU” şirkətidir. Diqqət yetirək ki, bu şirkət guya dağlardan gələn suları 19 litrlik ekoloji balonlarda qablaşdırır və daha sonra qazsız təbii süfrə suyu adı altında satışını həyata keçirir. Hətta, bu haqda oazis.az –da reklam təbliğatlarını da həyata keçirməyi unutmurlar. Bir neçə gün bundan öncə redaksiyamıza “OAZİS SU” şirkətinin şübhəli fəaliyyəti ilə bağlı xeyli məlumatlar daxil olub. Daxil olan məlumatlarda qeyd olunur ki, bu şirkətdə çalışan işçilərin heç də hər biri rəsmi qaydada rəsmləşdirilməyiblər. Sular 19 litrlik ekoloji balonlara qablaşdırılarkən lazımi normativ qaydalara əməl olunmur. Hətta, elə hallar olur ki, fərdi yaşayış evinə və digər ünvanlara “OAZİS SU” suyu sifariş verən müştərilərin gözləri yollarda qalır. Yəni, həmin sular vaxtlı- vaxtında ünvan üzrə çatdırılmır. Dolaşan söz-söhbətlərdə o da bildirilir ki, bəzi müştərilərin daha çox etdikləri giley-güzarlarından biri də, “OAZİS SU”dan müəyyən normativlərə cavab verməməsi olur. Elə ki, redaksiyamıza daxil olan belə bir məlumatlarla bağlı şirkətə məxsus 050-431-13-83 nömrəsinə zəng edib, qarşı tərəfdən məsələlərə münasibət bildirmələrini xahiş etdik. Düzdür, telefon zəngimizə cavab verən və adı çəkilən bu özəl sektorda operator vəzifəsində çalışdığını bildirən Pərvanə (ad şərtdidir) adlı xanım qeyd etdi ki, “Redaksiyanıza daxil olan məlumatların heç bir əsası yoxdur. “OAZİS SU” da çalışan hər kəsə aid sənədlər qaydasındadır. Suların qablaşdırılması zamanı bütün normativ tələblərə əməl olunur. Bir sözlə, bu şirkətdə hər bir iş, sənədləşmələr və s. qaydasındadır”. Düzdür, daxil olan məlumatlarla bağlı “OAZİS SU”yun əməkdaşı belə bir mövqe ortaya qoysa da, əslində qarşı tərəfin açıqlaması bizim üçün heç də inandırıcı olmadı. Çünki, bu şirkətin fəaliyyəti ilə bağlı bu gün də yerlərdə çoxsaylı söz-söhbətlər dolaşmaqdadır. Odur ki, qeyd olunan faktların daha dəqiq ortaya çıxarılması üçün yaxın günlərdə “OAZİS SU” şirkətində lazımi çəkilişlərimizi həyata keçirməyə, hətta qeyd olunan faktların araşdırılması məqsədilə, aidiyyatı dövlət qurumlarına rəsmi qaydada məktublar ünvanlamağı da qarşımıza məqsəd qoymuşuq.
Yəqin ki, o halda əsl həqiqətlər üzə çıxacaq və redaksiyamıza daxil olan məlumatların nə dərəcədə doğru olub-olmadığı hər kəsə bəlli olacaq. Yazı da səslənən ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Facebook
Вконтакте
Одноклассники
Google+